Bakıda polis “avtoş“ları yaydıqları görüntü əsasında müəyyənləşdirdi - VİDEO/FOTO

29
yan
2020
22:58
Bakıda “Saipa” markalı avtomobillərlə avtoxuliqanlıq edib çəkdikləri videonu sosial şəbəkədə yayan sürücülər həbs edilib.
BAKU.WS Avtosfer.az saytına istinadən xəbər verir ki, videogörüntülər yayıldıqdan sonra Bakı şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları həmin sürücülərin saxlanılması ilə bağlı tədbir keçirib. Sürücülər saxlanıldıqdan sonra barələrində protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə aparılıb.
Məhkəmə tərəfindən 1998-ci il təvəllüdlü Vəliyev Fərhad Fikrət oğlu və 1999-cu il təvəllüdlü İsmayılov Rəvan Ceyhun oğlu 15 gün həbs cəzasına məhkum edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO/FOTO
Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə tə...