SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Balaxanı-Binəqədi yolu 3 gün bağlı olacaq.

BAKU.WS "Azəravtoyol”a istinadən xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı-Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.

Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün avqust ayının 11- nə kimi qüvvədə olacaq.

"Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.
 
BAKU.WS