12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bir çox sürücülər radarlarının olmasından şikayət edir. Məsələn: Aeroport şossesində radara düşüb. Orada da maşallah hər toblonun yanında bir radar var. Əslində isə aeroport şossesində olan tabloların yanındakı heç radarın sürət çəkmək hüququ yoxdur.

 


Vaxt itirtmədən keçirəm əsas məsələyə. Siz Mərdəkan yolu ilə şəhərə doğru gəlirsiniz (əslində istiqamət fərq etməz. Bu bütün yollara keçərlidir). Bu zaman qarşınızda xəritədə işarə edilmiş yer çıxır. Tablolar və orada hərəkət sürətləri: 80,100,120,120. Və siz qanunla bu tablolardan sonra həmin sürətlərdən birini seçib müvafiq zolaqla hərəkət edəcəksiniz. Mən hələ qanuna əsasən (YHQ 50-ci maddə) bu yola 100 və 120 sürət verilməsinin qeyri-qanuni olmasını demirəm. Siz bu tablonu keçirsiniz və təxmini 3 km-dən sonra qarşınıza daha bir tablo çıxır.  
 

 

Bu şəkil sürət tablosundan və radarlarından 100 metr məsafədə çəkilib.  İndi bizim sürətimiz 100-lük zolaqda 130 olarsa, radar bizi çəkə bilərmi ? Xeyr. Çünki YHQ-un 50-ci maddəsində deyilir :

VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.
 

 

Əgər burada mən verilmiş sürətləri 10 yox hətta 60 belə aşsam, real olaraq qaydanı pozsam məni bu radarlar çəkə bilməz. Və çəksə də işarə olmamasına görə bu radarlar ləğv edilməlidir. çünki qanun belə deyir. 50-200 metr məsafədə işarə olmalıdır. Mən isə bütün bu yolların hamısını keçdim. Aeroport şosesi və Zığ şossesində olan bütün radarların hamısına baxmışam. Yalnız Zığ avtomagistralında 1 yerdə "İ" informasiya lövhəciyi vardır. Digər radarların heçbirinin 50-200 metrliyində nə "İ" informasiya və ya 3.24 maksimum sürətin məhdudlaşdırılması nişanı yox idi. Və qanuna əsasən belə nişanları olmayan radarların göstəriciləri qəbul edilmir. Yəni sürücü qaydanı əslində pozur amma heç kim onu məsuliyətə cəlb edə bilmir. Mən sizə tövsiyə edirəm ki, hərəkət sürətini aşmayasınız. Çünki sürət həddinin aşılması sizi ölümə daha da yaxınlaşdırır. Avtomobilin saatda 90 km-dən çox sürətlə sürülməsi hətta istehsalçılar tərəfindən tövsiyə edilmir. Lakin 80-lik yolda 100-lə getsəniz və orada müvafiq nişan yoxdursa, sizə cərimə yazılmalı deyil.

Beləliklə əgər sizə bu yollarda radar gəlibsə və buna görə cərimə tədbiq edirlərsə, rahatlıqla şikayət verə bilərsiniz. Çünki bu halda qanun sizin tərəfinizdədir. Hətta verilmiş məsafədən 1 sm kənara olduqda belə radarın sizi çəkmək hüququ yoxdur. Şikayət ərizələrinin formasını buradan yükləyə bilərsiniz.

[xfgiven_instagram3]
VİDEO
[/xfgiven_instagram3]