VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yasamal rayonunun keçmiş "Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun salınması və abadlıq işlərinin aparılması ilə əlaqədar 05.08.2016-cı il tarixindən etibarən Mirzəağa Əliyev, Abdulla Şaiq, Zülfi Adıgözəlov, Mustafa Sübhi, Mirzə Fətəli Axundov və Murtuza Muxtarov küçələrinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulub. 

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, qeyd edilən ərazidə yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Çingiz Mustafayev küçəsində nəqliyyat vasitələrinin hərəkəti Zərgərpalan küçəsindən Nəriman Nərimanov prospekti istiqamətində birtərəfli təşkil edilərək Mirzəağa Əliyev küçəsi vasitəsilə hərəkət edən nəqliyyat vasitələri bu küçəyə yönləndiriləcəkdir. Sürücülərə alternativ yollarla hərəkət etməyi tövsiyyə edirik. 

Əlavə olaraq qeyd edək ki, Çingiz Mustafayev küçəsində hərəkətin qeyd edilən istiqamətdə təşkil edilməsi məqsədilə ümumilikdə 39 ədəd (18 ədəd "Dayanmaq qadağandır” (3.27), 3 ədəd "Baş yol” (2.1), 4 ədəd "Dayanmadan keçmək qadağandır” (2.5), 6 ədəd "Giriş qadağandır” (3.1), 3 ədəd "Düzünə və ya sola hərəkət” (4.1.5), 2 ədəd "Düzünə hərəkət” (4.1.1), 1 ədəd "Birtərəfli hərəkət” (5.5) və 2 ədəd "Sola hərəkət” (4.1.3)) yol nişanının quraşdırılması nəzərdə tutulub. 
 
BAKU.WS