İxtisas seçimi edəcək abituriyentlərin NƏZƏRİNƏ!

Aşağıda qeyd olunan ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər ixtisas seçimi edə bilərlər.
BAKU.WS xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib.
Həmin ixtisaslar bunlardır:
I ixtisas qrupu üzrə:1. Meliorasiya mühəndisliyi;2. Texnologiya müəllimliyi;3. Ekologiya mühəndisliyi.4. Aqronomluq; Balıqçılıq;5. Meşəçilik;6. Şərabçılıq;7. Torpaqşünaslıq və aqrokimya;8. Yerquruluşu və daşınmaz əmlakın kadastrı;9. Zoomühəndislik.
II ixtisas qrupu üzrə:1. Marketinq;2. Biznesin idarə edilməsi;3. Regionşünaslıq (regionlar üzrə);4. Turizm bələdçiliyi;5. Turizm işinin təşkili.
III ixtisas qrupu üzrə:1. Muzey, arxiv işi və abidələrin qorunması;2. Sosial iş.
IV ixtisas qrupu üzrə:1. Ekologiya2. Bağçılıq və tərəvəzçilik;3. Baytarlıq təbabəti;4. Bitki mühafizəsi;5. Su bioehtiyatları və akvakultura.
Oxşar xəbərlər
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi...
