Girdiman çayı Lahıcda avtomobili apardı - VİDEO

İsmayıllı rayonunun Lahıc qəsəbəsində avtomobil çayda batıb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Girdiman çayı Zərnava kəndi istiqamətində hərəkət edən “UAZ” markalı avtomobili aparıb.
Hadisə vaxtı avtomobildə olan şəxslər xilas ola bilsələr də, yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş maşın tamamilə yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, 800 nəfərdən çox əhalisi olan Zərnava kəndinə yay mövsümündə yolsuzluq üçün nəzərdə tutulmuş avtomobillərlə, qış mövsümündə isə 8 km məsafədə atla və ya piyada getmək mümkündür.
Piyadalar kəndə gedərkən Girdiman çayı üzərində olan məşhur asma körpüdən istifadə edirlər.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
