Aqil Abbas söz verdiyi qurbanı kəsdi
21
avq
2025
12:37
Millət vəkili Aqil Abbas ötən həftə verdiyi sözə əməl edərək qurbanlıq heyvan kəsdirib.
Bu barədə BAKU.WS-ə açıqlamasında deputat A.Abbas özü məlumat verib.
O bildirib ki, "Qarabağ"ın səfərdə "Ferentsvaroş"a qələbə qazanmasından sonra qurban kəsməklə bağlı verdiyi sözə əməl edib:
"Bəli, kəndimizdə qurban kəsdirdik və ətini ehtiyaclı insanlara payladıq. Açığı deyim ki, "Qarabağ"ın oyunlarına çox zaman qurban deyirəm və sonra kəsdirirəm.
"Qarabağ"dan növbəti oyunlarda da qələbə gözləyirəm və uğur qazanacağına əminəm".
Oxşar xəbərlər
Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ
"Sosial şəbəkələrdə paytaxtın Yasamal rayonundakı 98 saylı uşaq bağçasına cəlb olunmuş azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə ed...