İsti havada qaynar çay içənlərin NƏZƏRİNƏ

İyulun yandırıcı istisində içilən bir stəkan qaynar çay kimisi üçün əsl zövq, kimisi üçün isə sadəcə vərdişdir.
BAKU.WS xəbər verir ki, əksər insanların düşündüyünün əksinə olaraq, bəzi həkimlər bildirir ki, isti çay içmək bədəni daha da isitməz, əksinə tərləməni artıraraq orqanizmin özünü təbii yollarla soyutmasına yardım edir. Bu mexanizm, xüsusilə quraq və rütubətsiz iqlimlərdə effektiv işləyir.
İsti çay içildikdə bədən reaksiya olaraq tərləməyə başlayır. Bu da daxili temperaturun normallaşmasına yardım edir. Amma bu, hamı üçün keçərli deyil. İsti havada artıq qızmış bədəni daha da isidəcək içkilərdən istifadə etmək bəzi insanlar üçün təhlükəli ola bilər.
Əgər orqanizmin su balansı pozulubsa və tərləmə funksiyası zəifdirsə, çox isti çay halsızlıq, başgicəllənmə və hətta istilik vurmasına gətirib çıxara bilər. Xüsusilə qara və yaşıl çay kimi kofeinli içkilər isti havada sidikqovucu təsir göstərərək bədəni susuz qoya bilər.
Buna görə də, isti havalarda çox isti çaylardan çəkinin. Bitki çaylarına (məsələn, nanə, çobanyastığı, zəncəfil) üstünlük verin. Çayı az miqdarda və ilıq formada qəbul edin. Ən əsası isə: gündəlik su qəbulunu unutmayın.
Oxşar xəbərlər
Çimərlik seçərkən nələrə diqqət edək?
Yay aylarında dənizdə istirahət çoxları üçün sevimli məşğuliyyətdir, amma çimərlik seçərkən bəzi vacib məqamlara diqqət yetirilməlidir ki, istirahət həm təhlükə...