"ChatGPT" çökdü
20
avq
2025
23:36
"OpenAI" şirkətinə məxsus "ChatGPT" çat-botunda nasazlıqlar yaranıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.
Bildirilib ki, əsasən Qazaxıstan, Rusiya və ABŞ-dən olan istifadəçilər "ChatGPT" çat-botunun fəaliyyətində nasazlıqla üzləşiblər.
Qeyd olunub ki, çat-bot donur, çox yavaş yüklənir, bəzən isə sorğulara cavab vermir.
Məlumata görə, təxminən 1,3 min nəfər botun fəaliyyəti ilə bağlı şikayət edib.
Oxşar xəbərlər
Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar
Armud vitaminlər, minerallar və qida lifləri ilə zəngin meyvələrdən biridir. O, həzm sisteminin fəaliyyətini dəstəkləyir və sağlam qidalanmanın bir hissəsi hesa...