Aysel Əlizadə: “O sənin qismətin deyil, taleyinə yazılmayıb” - FOTO

“Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır”.
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkədə yazıb.
Sənətçi şəxsi “Instagram” hesabında fotolarını yayımlayaraq insanın bəzən mübarizə aparmadan öz taleyi ilə barışmalı olduğunu bildirib:
“O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq. Bəlkə də, yeni başlanğıc etməyin vaxtıdır”.
Qalereya
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...
