Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı ikirəqəmliyə düşdü

31
may
2021
21:04
Azərbaycanda bu gün koronavirus infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 333 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 324 min 565 nəfər müalicə olunaraq sağalıb, 4913 nəfər vəfat edib. Aktiv xəstə sayı 4478 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 513 min 989 test aparılıb. Bugünkü test sayı isə 4815-dir.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı qəfil artdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1 122 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...
