SİZİN REKLAM BURADA!
055 213 76 73


Bosniyada serblər tərəfindən soyqırım törədilməsinə haqq qazandıran avstriyalı yazar Peter Handkeyə ədəbiyyat üzrə “Nobel” mükafatı təqdim edilib.

BAKU.WS xəbər verir ki, mükafat İsveçin paytaxtı Stokholmda keçiriləm mərasimdə İsveç Kralı 16-cı Karl Qustav tərəfindən verilib.

“Nobel” sahiblərinə diploma yanaşı 900 min avro pul mükafatı da təqdim edilib.

Qeyd edək ki, Handkehər fürsətdə Bosniyada qırğın törətmiş kemiş serb lider Slobodan Miloçeviçə heyralığını ifad edir. Ona mükafat verilməsi bir çox ölkədə - Türkiyə, Albaniya, Kosova, Xorvatiya kimiölkələrlə yanaşı İsveçdə də etirazla qarşılanıb.

Bir qrup etirazçı İsveçdə mərasimin keçirildiyi məkanın yaxınlığında toplaşaraq şüarlar səsləndiriblər. Onların arasında 1988-ci ildə “Nobel Sülh Mükafat”ı almış isveçli jurnalist Kristina Doktare də olub. O, Handkeyə mükafat verilməsinə etiraz olaraq ona verilmiş “Nobel “ mükafatını geri qaytaracağını açıqlayıb:

“İsveç Akademiyası ilə qürur duyurdum. Amma indi hiss etdiyim tək şey utanc və güna hissidir. Bosniyadakı soyqırım zamanı orada idim və hər şeyin şahidi olmuşam. Soyqırımı inkar edən Handkeyə etiraz olaraq öz mükafatımı geri qaytaracağam”.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO

QALEREYA