SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun ərazisində ağır yol qəzası baş verib.

Avtosfer.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yüksək sürətlə hərəkət edən “Ford Transit” markalı, 99 JS 475 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanmış ana və azyaşlı övladını vurub.

Avtomobilin sürəti o qədər yüksək olub ki, qəzadan sonra qadını bir neçə metr sürüyüb. Ana və övladı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Son məlumata görə, hər ikisinin durumu hələ də ağır olaraq alır.

Hadisə yerinə Xəzər rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları gəlib, araşdırma aparılır.

BAKU.WS