055 213 76 73
Göyçayda piyadanın vurulması ilə nəticələnən hadisənən təfərrüatları məlum olub.
BAKU.WS-in əldə etdiyi eksklüziv məlumatlara görə, yol qəzası yanvarın 28-də baş verib. Maşının vurduğu qız Nərmin Həsənlidir. O, Göyçay şəhərinin 4 saylı məktəbində oxuyur. 9-cu sinif şagirdi hadisə baş verdiyi anda müəllim yanına hazırlığa gedirmiş. Dəhşətli qəzadan sonra qız başından və ayağından xəsarət alıb. Nəzrinin ayağı sınıb.
Əvvəlcə rayon xəstəxanasına yerləşdirilib, daha sonra Bakıya gətirilib. Ayağına mil qoyulub və bu gün evə buraxılacaq.
***09.22
Göyçayda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS xəbər verir ki, “VAZ-2107” markalı avtomobil gənc qızı vurub.
BAKU.WS