SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Zaqatalada I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı start götürüb.


BAKU.WS-in məlumatına görə, Zaqatala Rayon İcra Hakimiyyətinin və MGP (M Group Production) təşkilatçılığı ilə reallaşan festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdirilir.

Prodakşının baş prodüseri Toğrul Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

T. Məmmədov onu da qeyd edib ki, "Nutella" və "Ferrero Rocher" kimi məşhur şokolad pastalarının istehsalında da məhz Zaqatala fındığından istifadə olunur.

Festivalın gedişatında fındıq, qoz və şabalıdla bağlı müsabiqələr də keçiriləcək, qaliblər mükafatlandırılacaq.

I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki meydanda bədii proqramla başa çatacaq.

Hüseyn Məmmədsalahov
BAKU.WS