VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Şəkidə sayca üçüncü beynəlxalq ənənəvi şirniyyat festivalı start götürür.

BAKU.WS xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə keçirlir. 

Festivalın rəsmi açılış mərasimi bu gün axşam saatlarında XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi "Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində olacaq. Festivalda 10 xarici ölkədən gəlmiş qənnadıçılar, həmçinin respublikamızın 20-dən artıq şəhər və rayonunun şirniyyatçıları əvvəlcədən hazırladıqları qənnadı məhsullarını nümayiş etdirəcəklər.

Builki festivalın iştirakçıları arasında türkdilli ölkələrdən gəlmiş qənnadıçılar üstünlük təşkil edəcək.

Şəki qənnadıçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və digər milli şirniyyat nümunələrini sərgiləyəcəklər.

Festival iştirakçılarının təqdim etdikləri şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və fərqlənən şirniyyatçılar mükafatlandırılacaq.
Ənənəvi şirniyyat festivalı rəngarəng konsert proqramı ilə başa çatacaq.
 
BAKU.WS