Zəngilanın Ağalı kəndi daha 10 ailəni qarşılayır - VİDEO

Zəngilanın Ağalı kəndi daha 10 ailəni qarşılayır - VİDEO
Video
Video 103

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə “Böyük Qayıdış”ın növbəti mərhələsi həyata keçirilib.

Kənd bu gün daha 10 ailəni qarşılayır.

Qeyd edək ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə “Böyük Qayıdış”ın növbəti mərhələsi həyata keçirilib.

Bu mərhələdə növbəti 20 ailə, 94 nəfərin öz doğma yurd-yuvalarına qayıdışı reallaşır.

Onlardan 50 nəfərdən ibarət 10 ailə fevralın 28-də, 44 nəfərdən ibarət 10 ailə isə bu gün köçürülüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu günədək ümumilikdə “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb.

Kənddən Baku TV-nin canlı yayımını təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər