Zəfərlə açılan sabahda şəhidlərimizin ruhuna ehtiramla... - REPORTAJ - VİDEO

Zəfərlə açılan sabahda şəhidlərimizin ruhuna ehtiramla... - REPORTAJ - VİDEO
Foto Video
Video 807

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə şanlı qələbəmizi və Ermənistanın kapitulyasiyasını elan etdikdən sonra paytaxtımızın minlərlə sakini ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışıb. Səhər saatlarında izdihama bölgələrdən gələn insanlar da qoşulub.

Müzəffər Ali Baş Komandanın portretlərini başları üzərinə qaldıran və üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Yaşasın Ali Baş Komandan” kimi şüarlar səsləndirirlər. Gecə saatlarında başlayan qələbə yürüşü davam etməkdədir.

BAKU.WS AZƏRTAC-a istinadən Şəhidlər xiyabanından lentə alınmış fotoları təqdim edir:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər