Zaur Darabzadə "EY ilin iş adamı" müsabiqəsində "Sosial təsir" nominasiyası üzrə qalib oldu - FOTO/VİDEO

Zaur Darabzadə EY ilin iş adamı müsabiqəsində Sosial təsir nominasiyası üzrə qalib oldu - FOTO/VİDEO
Foto Video
Video 78

“EY Azərbaycan” tərəfindən beynəlxalq nüfuzlu “EY ilin iş adamı” (Ernst & Young) müsabiqəsinin final mərhələsi keçirilib.

Bu müsabiqə 30 ildən çoxdur ki, təsis edilib və dünyanın müxtəlif 150-dən çox ölkələrində keçirilir.

Bu il müsabiqənin finalında sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 13 güclü namizəd arasından seçilib. Final mərhələsinə keçid alan namizədlər arasında qalib iyun ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin iş adamı” müsabiqəsinin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək dünyanın ən qabaqcıl iş adamları ilə mübarizə aparacaq.

Final mərhələsində "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə “EY ilin iş adamı” müsabiqəsində “Sosial təsir” nominasiyası üzrə mükafata layiq görülüb.

Zaur Darabzadə qeyd edib ki, “CinemaPlus” 2 illik pandemiya fasiləsindən sonra hesabat dövrünü xalis mənfəətlə bitirib. O, kinoteatr kollektivi və tamaşaçılarının dəstəyi ilə bu mükafata layiq görüldüyünü vurğulayaraq onlara təşəkkürünü bildirib.

Müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib.

“EY İlin İş Adamı” öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır. “EY İlin İş Adamı” proqramında iştirak etməklə sahibkarlar öz həmkarları ilə əlaqə qura, bizneslərini böyütmək üçün yeni yollar kəşf edə, şirkət və komanda profillərini yüksəldə bilərlər.

Son xəbərlər