Yusifin Rusiyada bir uşaqla atıb gəldiyi Svetlana Bakıya gəldi - VİDEO

Yusifin Rusiyada bir uşaqla atıb gəldiyi Svetlana Bakıya gəldi - VİDEO
Video
Video 868
Rusiyada yaşayan Svetlana adlı xanım onu atıb Azərbaycana qayıdan həyat yoldaşı Yusifi axtarır.BAKU.WS xəbər verir ki, Svetlana Yusiflə 18 il ər-arvad münasibətində olduğunu, bərabər qız övladlarının doğulduğunu bildirib. Qıza Səbinə adı verilib.Svetlana qızı üçün Yusifin axtarışına çıxdığını deyir: "Mən sevdiyim insanı yox, qızımın atasını axtarıram". Yusif 4 il əvvəl rüşvət vermək üstündə saxlanılıb. Onu 5 ildən 8 ilədək həbs cəzası gözləyib. Qızının atasının həbs olunmasını istəməyən Svetlana cinayəti öz üzərinə götürür. 4 ay həbsdə qalan Yusifi azad edirlər. Svetlana nümunəvi vətəndaş və himayəsində azyaşlı qızı olduğundan onu da həbs etmirlər. Hər ikisinə pul cəriməsi kəsilir. 2015-ci ildə Yusif həbsdən çıxdıqdan sonra Azərbaycana qayıdır. 18 illik həyat yoldaşı Svetlana və qızı Səbinə ilə əlaqələri tam kəsir. Svetlana özünün və Yusifin 2 milyon rus rubluna yaxın cəriməni təkbaşına ödəyir.Göranboyun Veysəlli kəndində yaşayan Yusif evlənib və hazırda 4 övladı var. Zülfiyyə Qurbanova

Son xəbərlər