"Səni axtarıram"da dəhşətli anlar - Ana öz qızını tanımadı - VİDEO

Səni axtarıramda dəhşətli anlar - Ana öz qızını tanımadı - VİDEO
Video
Video 1336
Həyat yoldaşı Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhid xanımı Firəngiz xanım 14 yaşından ayrı düşdüyü qızına "Səni axtarıram"da qovuşub.BAKU.WS xəbər verir ki, üç azyaşlı uşağı ilə dul qalan şəhid xanımı qızından 20 il əvvəl ayrı düşüb. Ərinin vəfatından sonra Moskvada yaşayan baldızı 14 yaşlı qızını qısa müddətdən sonra geri gətirmək şərtilə özü ilə qonaq aparıb, lakin vədinə xilaf çıxıb. Bibi şəhid qardaşının qızını - 14 yaşlı Xəyaləni Rusiyada xadimə işləməyə məcbur edib. Xəyalənin işlədiyi şirkətdə katibənin mobil telefonu oğurlanır və bu işdə onu günahlandırırlar. Sonradan müşahidə kameralarına düşən görüntülərdə Xəyalənin günahsız olduğu ortaya çıxsa da, bu hadisədən sonra onun həyatı alt-üst olur. Bibiləri Xəyalənin doğum haqqında şəhadətnaməsini ona vermirlər. Sənədsiz qalan yeniyetmə qızın başına gəlməyənlər qalmır. Kimsəsiz və sənədsiz qalan Xəyalə özündən 11 yaş kiçik taciklə bərabər yaşayır, iki uşağı doğulur. Bir müddətdən sonra tacik onu atıb vətəninə qayıdır. Xəyalənin sənədləri qaydasında olmadığından onunla gedə bilmir. Xəyalə indi iki azyaşlı qızı ilə birlikdə Moskva küçələrində "bomj" həyatı sürür. Ananın müraciəti ilə "Səni axtarıram" proqramı Xəyaləni tapıb. Qızının görüntülərini görən Firəngiz xanım dəhşətə gəlib. Ananı sakitləşdirmək mümkün olmayıb. Onun 14 yaşlı gözəöl-göyçək Xəyaləsindən əsər-əlamət qalmamışdı. Saçı qırxılmış, baxımsız, çirkli və köhnə paltarlı 34 yaşlı Xəyalənin danışdıqlarını dinlədikcə ana göz yaşlarını saxlaya bilmirdi.Hazırda Xoşqədəm Hidayətqızı onun sənədlərinin düzəldilməsi ilə məşğuldur. Sənədlər hazır olduqdan sonra Xəyalə Azərbaycana gətiriləcək.Zülfiyyə Qurbanova

Son xəbərlər