Yeni Günəşlidəki avtobusun ACINACAQLI HALI İLƏ BAĞLI AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Yeni Günəşlidəki avtobusun ACINACAQLI HALI İLƏ BAĞLI AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Video
Video 351

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Yeni Günəşli istiqamətində hərəkət edən 64 nömrəli marşrut xəttinin acınacaqlı vəziyyətinə reaksiya bildirib.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, görüntüləri yayılan marşrut xəttə əlavə edilən nəqliyyat vasitəsidir:

"64 nömrəli müntəzəm marşrut xəttində gündəlik olaraq 14-15 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Görüntülərdə günün pik saatlarında sərnişin sıxlığı ilə əlaqədar xəttə cəlb edilən əlavə nəqliyyat vasitələridir".

*** 09:52

İctimai nəqliyyatda gediş haqqı artaraq 50 qəpik olsa da, bu artım keyfiyyətə təsir etməyib. Yenə də paytaxt sakinləri istifadə müddətini başa vurmuş marşrut xəttlərindən əziyyət çəkir.

Bunlardan biri də Yeni Günəşli istiqamətində hərəkət edən 64 nömrəli marşrut xəttidir.

BAKU.WS-in "Qaynar xətti"nə daxil olan video və məlumata əsasən, gediş haqqı 50 qəpik olduqdan sonra kondisionerli avtobuslar xəttdən yığışdırılıb.

Əvəzinə isə sakinlərin istifadəsinə yararsız marşrutlar veriblər.

BAKU.WS sözügedən avtobusun görüntülərini təqdim edir:

Son xəbərlər