Yanaraq külə dönən “Ağ çiçəyim” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə baş verən yanğından sonra “Ağ çiçəyim” gül dükanının görüntüləri yayılıb.
BAKU.WS-in məlumatına görə, gül dükanı tamamilə yanaraq külə dönüb.
Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi 1450 kvadratmetr olan bir-birinə bitişik obyekt və evlərdən, ümumi sahəsi 590 kv.m olan gül mağazası, ümumi sahəsi 50 kv.m. olan geyim mağazası, ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m tent və bitişik içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m sahədə dolab və 2 ədəd ötürücü qüllə yanıb.
Ərazidə bitişik yerləşən evlər, çoxmərtəbəli yaşayış binası və digər obyektlər yanğından mühafizə edilib.
Yanğınla mübarizə tədbirlərində Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 25 ədəd texnikası və 124 nəfər canlı qüvvəsi iştirak edib.
Oxşar xəbərlər
“Ağ çiçəyim” ilə yanaşı olan geyim mağazası da yanıb - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi “Ağ çiçəyim” gül mağazasında baş verən yanğın hadisəsi ilə bağlı yeni məlumat yayıb. Nazirlikdən verilən xəbərə görə, yanğın nəticəsi...