Xəzərin Azərbaycan sektorunda balıq tapmaq müşkülə çevrilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin Azərbaycan sektorunda kütüm, ağ balıq, kifal, sazan və s. balıqları tapmaq müşkülə çevrilib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycan bazarında satışa çıxarılan adıçəkilən balıqların əksər hissəsi Xəzərin Rusiya və İran sahil sularından tutulan balıqlardır.
Yerli balıqların qiyməti də digər ölkələrdən gətirilənlərdən bahadır. Bəzən aradakı qiymət fərqi 3 manat və daha çox təşkil edir.
Satıcılar və alıcılar da yerli balıqlara tələbatın çox olduğunu bildirir.
Qeyd edək ki, Kürdə sululuğun azalması bu çay vasitəsilə Xəzərə gələn balıqların sayına da təsir edir. Bu hal qıtlığı daha da artıra bilər.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...