Xəzərdə savaş filmini xatırladan təlimlər - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən "Xəzri dalğası" taktiki təlimi davam edir.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin növbəti mərhələsində dəniz adalarının birində bazalanmış terror qruplaşmasının zərərsizləşdirilməsi və terror-diversiya hücumlarının qarşısının alınması üzrə döyüş fəaliyyətlərinin yerinə yetirilməsi tapşırıqları icra edilib.
Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Ordusu Xəzər dənizində taktiki təlimlərə başlayıb - FOTO/VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), H...