Xalqımıza Böyük Zəfəri yaşadan Liderin doğum günü - VİDEO

Baku TV-də Prezident İlham Əliyevin doğum günü ilə bağlı reportaj efirə gedib.
Süjetdə jurnalist Toğrul Kamalov Prezidentin azad olunmuş ərazilərə silsilə səfərləri, “Böyük Qayıdış” proqramı çərçivəsində doğma ata-baba yurdlarına köçən sakinlərlə görüşlərindən bəhs edib:
“Laçında sakinlərin Prezidentdən etdikləri xahişin həlli üçün yerindəcə tapşırıq verilməsi bir daha dövlət başçısının hər bir vətəndaşın qayğısına şəxsən qaldığının bariz nümunəsi idi”.
Qeyd edilib ki, Prezidentin Zəngilanın Ağalı sakinləri ilə görüşlərində də səmimi anlar yaşanıb.
Reportajda Zəngilan sakinlərinin Prezidentlə görüşlərindən xatirələri də yer alıb.
“Sevincimizdən ağlayırdıq. Dövlət başçısı dedi ki, mən başa düşürəm, sizin göz yaşlarınız sevinc göz yaşlarıdır. Məndən soruşdu ki, bu torpaqlarda nə edəcəksən? Dedim ki, istəyirəm burada güllü bağ salım”, - deyə Ağalı sakini söyləyib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...