Uşaqların peyvənd olunması ilə bağlı AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə təşkilatının təşəbbüsü ilə 2006-ci ildən etibarən hər il Avropa regionunda immunlaşdırma həftəsi keçirilir və bu ildə 20-26 aprel tarixləri ümumdünya səhiyyə təşkilatı tərəfindən Avropa immunlaşdırma həftəsi kimi elan olunub.
BAKU.WS Real-a istinadla xəbər verir ki, bu məqsədlə Səhiyyə naziri Oqtay Şirəliyev 2020-ci il aprelin 9-da ölkəmizdə immunlaşdırma həftəsinin keçirilməsi barədə əmr imzalayıb.
Tədbir çərçivəsində vaxtında peyvənddən kənarda qalmış uşaqlar peyvəndlərə dəvət olunur.
Qeyd edək ki, hazırda ölkəmizdə 11 infeksiyaya qarşı peyvəndlər olunur və anadan olandan 6 yaşadək hər bir uşağa bu peyvəndlər vurulmalıdır.
Oxşar xəbərlər
Səhiyyə naziri əmr imzaladı - uşaqlar peyvənd olunacaq
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb. Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə,...