Üfunət qoxulu ət kəsimi məntəqəsi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda ət kəsimi məntəqəsində tullantılar ətraf ərazilərə atılır, çirkab və qanlı sular isə üstü açıq quyulara axıdılır.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, rayonun Cəyirli kənd ərazisində olan ət kəsimi məntəqəsində gün ərzində onlarla iribuynuzlu heyvan kəsilir.
Cəyirli kənd sakinlərinin sözlərinə görə, son bir neçə gündür havaların isti keçməsi əraziyə atılan tullantıların qoxusunu daha da artırıb.
Araşdırma zamanı məlum oldu ki, Cəyirli kənd ət kəsimi məntəqəsi 2016-ci ildən fəaliyyətə başlayıb. Məntəqəyə nəzarət edən şəxs Elnur Yəhyayev şifahi olaraq bildirdi ki, hər il yaz və yay mövsümündə kəsilmiş heyvan tullantılarının atılması və çirkab suların axıdılması üçün quyular qazılır və üstü bağlı saxlanılır. Bu il də bu işlərin görülməsi nəzərdə tutulub və işə sabahdan başlanılacaq.
Belə olan təqdirdə sakinlər üçün hər hansı bir narahatlıq yaranmayacaq. Kəsim məntəqəsinə məxsus ərazidə olan quyuların üstü bağlanılacaq, əlavə olaraq ehtiyat üçün iki ədəd yeni üstü bağlı quyu qazılacaq.
Qeyd edək ki, ət kəsimi məntəqəsi rayon ərazisində olan bütün qəssab fəaliyyəti ilə məşğul olan sahibkarlara xidmət edir. Məntəqədə kəsilən ətin baytar həkim və laboratoriya qərarından sonra satışına icazə verilir.
Oxşar xəbərlər
55 obyektdə pozuntular aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...