Türkiyəli nazirdən ŞOK TƏLİMAT: "Harada gördünüz vurun, sındırın" (VİDEO)
04
yan
2018
11:01
Türkiyənin daxili işlər naziri Süleyman Soylu narkotik alverinə qarşı amansız mübarizənin başladığını bəyan edib. BAKU.WS-in məluamtına görə, nazir PKK terror təşkilatı Türkiyə üçün nə dərəcədə təhdiddirsə, məktəblərin ətrafında şagirdlərə narkotik satanların da bir o qədər təhlükəli olduğunu deyib. “PKK terrorçularına qarşı necə davranılırsa, narkotik alverçilərinə qarşı da eyni səviyyədə mübarizə aparılmalıdır. Narkotik satanı görən təhlükəsizlik qüvvələrinin əməkdaşları onlara nə edirlərsə, etsinlər məsuliyyəti mənim boynumadır. Onlara qarşı amansız mübarizənin aparılması ilə bağlı təlimat vermişəm. Narkotik satanı görən polis elə orada ən azından onun ayağını sındırmırsa, deməli vəzifəsini yerinə yetirə bilmir. Buna görə bizi qınayanlar, qoy qınasınlar. Amma heç kim bizim gələcəyimizi zəhərləyə bilməz”, - deyə Süleyman Soylu bildirib. Nazir bəyan edib ki, 2018-ci ildə Türkiyədə narkotik ticarətinin belini qıracaqlarını bəyan edib. BAKU.WS
Oxşar xəbərlər
Astarada əvvəllər iki dəfə məhkum olunmuş şəxsin evindən 2 kq-a yaxın narkotik tapılıb
Astara polisi evində 2 kq-a yaxın narkotik vasitə saxlayan şəxsi saxlayıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan "Report"un Cə...