Türkiyə PUA sahəsində dünya lideri oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Çin və ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük Pilotsuz Uçan Aparat (PUA) təchizatçısı oldu.
BAKU.WS xəbər verir ki, Türk PUA-larının döyüş meydanındakı uğurları dünyada ad qazanıb.
Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS) hərbi PUA-ların qlobal bazarı ilə bağlı hesabat dərc edib. Sözügedən hesabata görə, Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük PUA təchizatçısı olub.
PUA SATIŞLARININ 65 FAİZİ TÜRKİYƏNİN PAYINA DÜŞÜR.
Çin, Türkiyə və ABŞ 2018-ci ildən bəri 40 müxtəlif ölkəyə ümumilikdə 69 silahlı hərbi PUA satıb.
Türkiyə bu satışların 65 faizini reallaşdırdığı halda, Çin 26 faizini, ABŞ isə cəmi 8 faizini həyata keçirə bilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...