Türkiyə prezidenti: “Azərbaycan ordusunun modernləşdirilməsinə dəstək veririk” - VİDEO

Türkiyə prezidenti: “Azərbaycan ordusunun modernləşdirilməsinə dəstək veririk” - VİDEO
Video
Video 85

“Ermənistan tərəfinin təhriki ilə başlayan və Azərbaycan ordusunun 44 günlük müharibə nəticəsində qazandığı zəfərlə 30 illik işğala son qoyuldu”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxışı zamanı deyib.

Türkiyə Prezidenti vurğulayıb ki, Türkiyə bu prosesdə “iki dövlət, tək millət” anlayışı ilə Azərbaycana hər cür dəstək verib.

Türkiyə Prezidenti atəşkəsin davamlı olması üçün Türkiyə və Rusiya hərbçilərinin Birgə Monitorinq Mərkəzində birlikdə xidmət etdiklərini xatırladıb.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsi, təlim-təhsil, minatəmizləmə sahəsində də Azərbaycanla yaxından əməkdaşlıq edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər