"Tufan" gəmisi döyüş fəaliyyətinə başladı - VİDEO

Tufan gəmisi döyüş fəaliyyətinə başladı - VİDEO
Video
Video 985
Azərbaycanda istehsal edilən daha bir hərbi gəmi ölkə sərhədlərinin müdafiəsinə başlayıb. Dövlət Sərhəd Xidmətinin gəmi inşası və təmiri mərkəzində inşa edilən və ən müasir silahlarla təchiz edilən ''Tufan'' tipli sərhədçi gəmisi bir çox üstünlükləri ilə diqqət çəkir. Müxtəlif təyinatlı silah sursat, ən müasir radio rabitə avadanlıqları ilə təchiz edilmiş Azərbaycanda gəmisi. Ötən ay Dövlət Sərhəd Xidmətinin silahlanmasına qəbul edilən bu nəhəng gəmi artıq ölkəmizin su sərhədlərinin mühafizəsində istifadə edilir.Bu gəmi rahat manevr və qısa zamanda sürətlənmə imkanları ilə də sələflərindən seçilir.Gəmi ən müasir rabitə avadanlıqları ilə təchiz edildiyindən həm birgə əməliyyatların, həm də fərdi əməliyyatlarının icrası zamanı əvəzsiz rol oynar.Gəmidə səxsi heyyətin rahat istirahəti üçün tam təchizatlı otaqlar hazırlanıb və hər bir otağın tərkibində sanitar qovşaq mövcuddur. Eyni zamanda daxili havalandırma sistemi ilə gəmidəki tempraturu hər zaman stabil saxlamaq mümkün olur. Qeyd edək ki, Xəzər dənizində Azərbaycana məxsus 6 ''Tufan'' tipli gəmi üzür./Xəzər TV/BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident “Tufan”la tanış olub - FOTO

Prezident “Tufan”la tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və...

939 Siyasət 11:40 10 yanvar 2019

Son xəbərlər