Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanın son vəziyyəti açıqlandı - VİDEO

Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyevin son vəziyyəti açıqlanıb.
BAKU.WS-in məlumatına görə, bu barədə onun anası Təranə Tağıyeva oxu.az-a açıqlamasında bildirib ki, oğlunun vəziyyəti nisbətən yaxşıdır:
“Hadisə zamanı altı qəlpə yarası alıb. Hazırda oğlum xəstəxanadadır və müalicəsi davam etdirilir. Biz də onunla görüşdük. Vəziyyəti bir az yaxşıdır”.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev hücumun qarşısını alarkən yaralanıb.
Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Oxşar xəbərlər
İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərovun dəfn olunacağı yer AÇIQLANDI - FOTO/VİDEO - YENİLƏNİB
Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərov Bakıda, ll Şəhidlər Xiyabanında dəfn olunacaq. BAKU.WS “report”a istinadən xəbər...
