TDT-nin nüfuzu getdikcə artır - RƏY - VİDEO
İyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü “Baku Tv”nin efirində yayımlanan “Baku Aktual” verilişində təhlil olunub.
Qonaqlar deputat Sabir Rüstəmxanlı, siyasi şərhçi Fuad Çıraqov və türkiyəli politoloq İsmail Cingöz bu mühüm hadisə barədə öz fikirlərini bölüşüblər.
S.Rüstəmxanlı bildirib ki, TDT-nin dünyadakı nüfuzu getdikcə artır: "Əlbəttə, bu, sevindiricidir”.
F. Çıraqovun sözlərinə görə, Azərbaycan türk dünyasının lokomotividir: “Bununla əlaqədər Azərbaycan öz üzərinə ciddi missiya götürüb. Sonradan isə bu tendensiya digər türk dövlətlərinə, o cümlədən Türkiyəyə də keçib”.
İ.Cingözün fikrincə, gələcəkdə bütün türk dövlətlərinin Şimali Kiprin tanıması istisna deyil: “Biz bunu arzulayırıq. TDT gücləndikcə onların üzvlərinin sayı daha da artacaq. Məsələn, Rusiya və İranın artıq bu barədə düşündüyünü bilirik".
İ.Cingöz düşünür ki, bundan sonra TDT daha da güclənə bilər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib - YENİLƏNİB - FOTO
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbə...