Taksilərdəki qiymət artımı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda taksi qiymətləri bahalaşıb.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, ölkədə taksi fəaliyyəti ilə məşğul olan özəl şirkətlər xidmət haqqını artırıblar.
Qeyd olunub ki, əvvəllər taksilərdə minimum xidmət haqqı bir manatdan başlayırdısa, indi bu qiymət iki manat əlli qəpik olub.
Ekspertlər şirkətlərin bu addımını süni qiymət artımı kimi qiymətləndirirlər.Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, taksi daşımalarında qiymət tələb-təklif əsasında tənzimlənir:
“Mövcud vəziyyətdə bəzi taksi sifarişləri operatorları öz maliyyə imkanları hesabına qiymət siyasəti tətbiq edirlər. Bu kimi addımlar haqsız rəqabət mühitinin yaranmasının başlıca səbəbidir”.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...