Taksidə gediş haqqı bahalaşdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son vaxtlar taksi qiymətlərində artım müşahidə olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin “Taksi qiymətləri birmənalı şəkildə qalxacaq” açıqlaması və taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumlarının təyin edilməsi sosial şəbəkələrdə də müzakirə mövzusu olub. Qanuna dəyişikliyin tətbiqi oktyabrın 1-dən gözlənilsə də, bu qərar taksi xidmətlərinin qiymətinə indidən təsir edib.
BAKU.WS-in Xezerxeber.az-a istinadən verdiyi məlumata görə, “Xəbər Ertəsi”nin əməkdaşları taksi xidmətindən yararlananlar arasında sorğu keçirib.
Məlum olub ki, bahalaşmanı hiss edənlər yalnız xanım sərnişinlərdir.
Kişilər isə qiymət artımına çox diqqət etmədiklərini, əksinə, artımın normal olduğunu bildiriblər.
Taksi sürücüləri də xidmətlərdə müəyyən qədər bahalaşma olduğunu təsdiqləyiblər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi sərnişinlər narazı olsa da, mövcud vəziyyət normal qəbul edilməlidir.
Ekspertlər qiymətlərin tədricən bir az da artacağını proqnozlaşdırırlar.
Sözügedən videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...