Sürü şəklində gəzib insanlara hücum edən küçə itlərinin vahiməsilə yaşayan paytaxt sakinləri - VİDEO

Sürü şəklində gəzib insanlara hücum edən küçə itlərinin vahiməsilə yaşayan paytaxt sakinləri - VİDEO
Video
Video 454

Paytaxtın bəzi yerlərində və Bakıətrafı yaşayış məntəqələrində küçə itləri sakinlər üçün narahatlıq yaradır.

BAKU.WS report-a istinadən xəbər verir ki, Xətai rayon sakinləri bildiriblər ki, əsasən səhər tezdən və hava qaralandan sonra küçə itləri insanlar üçün təhlükə mənbəyinə çevrilir.

Sakinlər deyirlər ki, bu problem daha çox rayonun “Elektrotok” adlanan ərazisində (Kazımağa Kərimov küçəsi) və Nobel prospektindən Əhmədliyə gedən yolda (Süleyman Əhmədov küçəsi) müşahidə olunur.

Səhər erkən saatlarda işə gedənlər, həmçinin məktəbə tələsən uşaqlar hər gün küçə itləri ilə rastlaşır, bir çox hallarda onların sürü şəklində gəzdiklərini müşahidə edirlər.

Bundan başqa, ikinci növbə üzrə dərsə kedən uşaqlar hava qaraldıqdan sonra evə gedərkən bu heyvanlardan çəkindiklərini, hətta bəzi hallarda hücuma məruz qaldıqlarını da qeyd edirlər. Gündüz vaxtı isə bu heyvanlar çox da gözə dəymirlər.

Sakinlər heyvanlara zərər verilmədən bu kimi halaraın aradan qaldırılmasını xahiş edirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər