Sumqayıtda piyadaların yolu keçməsi üçün dörd saniyə verən işıqfor barədə AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Sumqayıtda piyadaların yolu keçməsi üçün dörd saniyə verən işıqfor barədə AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Video
Video 10

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Sumqayıt şəhərində quraşdırılan və müzakirələrə səbəb olan işıqforla bağlı daha bir açıqlama verib.

BAKU.WS xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq quraşdırılan işıqforda piyadaların yolu keçməsi üçün cəmi dörd saniyə vaxt verilməsi texniki nasazlıq səbəbindən olduğu bildirilib:

“Həmin ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları tərəfindən problem aşkar olunub və aidiyyəti üzrə məlumat verilib. Artıq texniki nasazlıq aradan qaldırılıb”.

***11:34

Sumqayıt şəhərində quraşdırılan işıqfor müzakirələrə səbəb olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, şəhərin Sülh küçəsində piyadaların işıqfordan keçməsi üçün cəmi dörd saniyə vaxt verilib.

Bu da vətəndaşların haqlı iradına səbəb olub.Məsələ barədə Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) bildirilib ki, həmin küçədəki işıqforla bağlı yaranan problemin həlli üçün işlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər