Siyavuş Novruzov suyun vedrəylə ölçülməsi sözlərinə görə onu tənqid edənlərə cavab verib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
YAP-çı deputat Siyavuş Novruzov sosial şəbəkələrdə suyun vedrəylə ölçülməsi barədə səsləndirdiyi fikirlərə görə onu tənqid edən şəxslərə cavab verib.
S.Novruzov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, sözügedən verilişdə iki nəfərin dialoqunu səsləndirib:
“Bu, iki nəfərin arasında gedən dialoq idi və mən onu ictimailəşdirmişəm. Mən bu fikri korrektə edə bilərəm?! Arzu edərdim ki, mənim fikrimi şərh edənlər, gənclər ümummilli liderin sədaqətlə bağlı səsləndirdiyi fikirləri öz əməllərində rəhbər tutsunlar.
Onlar hər bir işlərinə sədaqətlə yanaşsınlar. Gələcək nəsillərin qarşısında qoyulan tərbiyə budur. Onlar dövlətinə, millətinə, torpağına, Prezidentinə sədaqətli olsunlar. Yoxsa o boyda masştabı kənara qoyub hansısa bir ölçü vahidinin dalınca qaçmaq, doğrudan da, cılızlıqdır”.
Xatırladaq ki, deputat "Space" televiziyasında “Sadə həqiqətlər” verilişində qonaq olub. O, verilişdə Heydər Əliyevlə bir siyasətçi arasında baş vermiş dialoqu xatırladıb: “Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi, var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...