Şamaxıda baxımsız qalan uşaqlarla bağlı YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə qalan azyaşlıların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Agentliyin mətbuat katibi Murad Həşimov məlumat verib.
O qeyd edib ki, onlar məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə reabilitasiya prosesi keçəcəklər: "Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək".
Oxşar xəbərlər
Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbulu proseduru müəyyənləşib
Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbul edilməsi və reabilitasiya tədbirlərinin həyata keçirilməsi proseduru müəyyənləşib. BAKU.WS APA-ya istin...