Sərhəddə yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar gömrük keçid məntəqəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil edilmiş qərargahda İrandan gələn sürücülərin müayinəsinə başlanıb. Ötən gündən isə piyadaların keçidinə tamamilə məhdudiyyət qoyulub.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, Biləsuvar sərhəd-keçid məntəqəsində piyadaların keçidinə tamamilə məhdudiyyət qoyulub.
Keçid məntəqəsində yalnız İranda olan Azərbaycan vətəndaşları buraxılır, həmçinin Azərbaycanda olan İran vətəndaşları qarşı tərəfə keçirilir.
Dünən günün ikinci yarısından isə ağır tonnajlı yük avtomobillərinin də hərəkətinə məhdudiyyət tətbiq edilib. Sürücülərin qarşı tərəfdə virusa yoluxmuş insanlarla təmasda olub-olmamaları araşdırılır. Sürücülər FHN-in mobil qospitalında tibbi müayinədən keçirilir.
Bu günə qədər 60-a yaxın sürücü müayinədən keçib. Sürücülərdə hər hansı virusa yoluxma halı aşkar edilmədiyini bildirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...