Sel Bakı-Şamaxı yolunu bu hala saldı... - VİDEO

Dünən sel səbəbindən bağlanan Bakı-Şamaxı-Yevlax avtomobil yolu bu gün bərpa olunub.
BAKU.WS-in xezerxeber.az-a istinadən məlumatına görə, səhər saatlarından sel nəticəsində yola yığılmış lilin təmizlənməsi və təmir-bərpa işləri davam etdirilir.
Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Zədələnmiş elektrik və rabitə dirəklərinin də bərpa edilir.
İsmayıllı rayon Mollaisaqlı kəndində isə seldən sonrakı mənzərə belədir.
Ehtiyat su anbarının torpaq bəndinin uçması nəticəsində böyük su kütləsi kəndin içərisində keçib. Bəndə yaxın olan evlər tamamilə yararsız vəziyyətə düşüb. Sel kəndin əsas yollarını dağıdıb.
Bu gün səhər saatlarından aidiyyəti qurumların əməkdaşları kəndə dəymiş ziyanla bağlı işlərə başlayıblar.
Dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
