Sahibsiz itlərdən ŞİKAYƏT: "Əlimizdə daş və taxta parçası ilə gəzməliyik" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt ərazisində sahibsiz itlərin sakinlərə hücumu davam edir. Bu dəfə Xəzər rayonu Şüvəlan qəsəbə sakinləri xoşagəlməz haldan narazılıq ediblər.
BAKU.WS-in "Qaynar xətt"inə göndərilən video və məlumatlarda sahibsiz itlərin mütəmadi olaraq sakinləri narahat etdiyi və onlara hücum etdiyi vurğulanıb.
Şikayətçilər bildirir ki, onlar küçələrdəki itlərin əlindən onlar səhər işə gedə bilmirlər, axşam isə evlərinə qayıda bilmirlər.
Sakinlərinə sözlərinə görə onlar sahibsiz itlərdən qorunmaq üçün mütləq əllərində daş və taxta parçası ilə gəzirlər.
BAKU.WS sözügedən videonu təqdim edir:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...