"Ərzaqın birini alanda, o birisinə pulum çatmır" - Azərbaycanlı tanınmışların nəvəsi onları aciz qoydu (VİDEO)
30
avq
2018
12:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səsinə görə "Azərbaycanın Levitanı" adlandırılan diktor Davud Əhmədovun ailəsi çətinliklərlə üz-üzədir. BAKU.WS xəbər verir ki, Ailənin çətinlikləri 3 il əvvəl - D.Əhmədovun ölümündən sonra başlayıb.Davud Əhmədovun həyat yoldaşı Xalidə Əhmədovanı da çoxları yaxı tanıyır. Xalidə xanım ailəni ömür-gün yoldaşının vəfatının onları maddi və mənəvi gücdən saldığını deyir. Məşhur diktorların nəvəsi Zəhra əqli çatışmazlıqdan əziyyət çəkir. Əslində isə, həkim səhlənkarlığı onu bu duruma salıb. D.Əhmədovun qızı Aytən xanım atasının ölümündən sonra ümidsizliyə qapanıb. O, xəstə qızına qulluq etdiyi üçün evdən bayıra çıxa bilmədiyini deyir: "15 ildir heç yerə gedə bilmirəm. Qızım özünü ifadə edə bilmir. Onun əli-ayağı, qulağı-dili mənəm. Çox çətindir. Davud kimi bir şəxsiyyətin qızı bu vəziyyətdə yaşayır".Davud və Xalidə Əhmədovaların qızı Aytən xanım şəkər xəstəsidir. O, xəstə qızına qulluq etdiyi üçün çalışa bilmir. Ailənin maddi vəziyyətinin pis olmasının səbəbi məhz budur.Qızı və nəvəsilə şəraitsiz mənzildə yaşayan ailə təqaüd hesabına dolanır. Lakin bu nə ailənin ehyitaclarını ödəməyə, nə də balaca Zəhranın müalicəsi üçün yetərli deyil. Nəvəsinin xəstəliyinə görə göz yaşı axıdan Xalidə xanım onu tanıyanların kömək əlini uzadacağına inanır. Xalidə xanım yaranmış vəziyyət qarşısında aciz olduğunu göz yaşları ilə dilə gətirib: "Biz dövlət televiziyasının aparıcı diktorlar olmuşuq. AzTV-nin "Qızıl Fondu"nu yaratmışıq. Mən ərzaqın birini alanda, o birisinə pulum çatmır. Çox çətindir. İndi də nəvəmin problemini görürsüz. Mənim kimi nənə gərək onu çoxdan İstanbula müalicəyə aparaydı". Zülfiyyə Qurbanova BAKU.WS
Oxşar xəbərlər
Tağı Əhmədovun ailəsində ağır itki
Tağı Əhmədovun ailəsinə ağır itki üz verib.BAKU.WS news24.az-a istinadən xəbər verir ki, keçmiş metropoliten rəhbərinin qardaşı qızı rəhmətə gedib.Allah rəhmət...