Rəsmi açıqlama - Ölkədə qiymət artımı yoxdur - VİDEO
26
fev
2019
08:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar bəzi Kütəlvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə ölkəmizdə ərzaq məhsullarının qiymətinin artması ilə bağlı əsassız məlumatlar yayılır. Reallıq isə onu göstərir ki, bazarda qiymətlərdə hər hansı ciddi dəyişiklik müşahidə edilməyib. Görünür, bu məlumatlar əhalidə narazılıq yaratmaq üçün məqsədli şəkildə edilir. Rəsmi qurumlar isə bütün qiymətlərin nəzarətdə saxlanıldığını və hər hansı suni artımın olacağı təqdirdə lazimi tədbirlərin görüləcəyini bildirir.Ərzaq məhsullarının qiyməti ötən aylarla müqayisədə dəyişməsədə nədənsə bəzi Kütləvi İnformasiya Vasitələri və Sosial şəbəklərdə tez-tez bahalaşma ilə bağlı məlumatlar yayılır və hər hansı fakt göstərmədən qiymətin artdığı bildirilir. Reallıqa isə bazarda hər hansı artımın müşahidə edilmədiyi görünür. Satıcılar da qiymətlərdə artım müşahidə edilmədiyini deyir.Yaxın aylarda Azərbaycanın buğda idxal etdiyi ölkələrdə buğdanın qiymətində artım müşahidə edilsədə hökümətin qabaqlayıcı tədbirləri ilə ölkəmizdə çörəyin qiymətində hər hansı artım olmayıb. Elə alıcılar da artımın olmadığını təsdiq edir.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşı Şahin Nağıyevin sözlərinə görə bazar mütəmadi nəzarətdədir və hər hansı artım müşahidə edilmir.Şahin Nağıyevin sözlərinə görə suni qiymət artımının aşkarlanacağı təqdirdə bunu edən şəxslərə qarşı hüquqi çərçivədə tədbirlər görüləcək.BAKU.WS
Oxşar xəbərlər
Çörəyin qiyməti bahalaşacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
''Azərbaycanda hər gün bazarlarda monitorinq aparılır və süni qiymət artımına qarşı mübarizə tədbirləri görülür''.BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki,...