Reabilitasiya mərkəzində döyülən azyaşlının anası DANIŞDI - VİDEO

03
sen
2022
18:03
Bakıda loqopedik mərkəzdə azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
Yayılan görüntülərin metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində qeydə alındığı bildirilir.
Azyaşlının anası Səbinə Qasımova mediaya açıqlamasında qeyd edib ki, övladının bədəninin müxtəlif nahiyələrində yaralar olduğunu görüb. Oğlundan səbəbini soruşanda isə məlum olub ki, azyaşlıya mərkəzin psixoloqu tərəfindən şiddət göstərilib.
Azyaşlının valideyni videodakı psixoloqun kimliyinə də aydınlıq gətirib.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda uşaqlara işgəncə verilən mərkəzin rəhbəri saxlanıldı - YENİLƏNİB-2 + FOTO/VİDEO
“Mehnur” Reabilitasiya Mərkəzi ilə bağlı bir sıra faktlar ortaya çıxıb. Qaynarinfo sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, “Mehnur” Reabilitas...
