Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO

Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO
Video
Video 74

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan ordusunda Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən taktiki təlimlərdə müxtəlif çaplı toplardan və digər raket-artilleriya qurğularından nümunəvi döyüş atışları icra olunub.

Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə təyin olunan şərti hədəflər qoşunlarımızın dəqiq atəşi ilə məhv edilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldilən təlimlər davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər