Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim-metodiki toplanış keçirilib - VİDEO

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim-metodiki toplanış keçirilib - VİDEO
Foto Video
Video 40

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən hərbi hissələrin radiasiya, kimyəvi və bioloji mühafizə xidməti rəisləri və bölmə komandirləri ilə tapşırıqların daha keyfiyyətlə yerinə yetirilməsi məqsədilə təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, toplanışda bölmələrin uzlaşmış fəaliyyətinin, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarının, həmçinin mənəvi-psixoloji dözümlüyünün artırılmasında zabitlərin üzərinə düşən vəzifələrdən danışılıb.

Aparılan müzakirələrdə komandir heyətinə müvafiq rəhbər sənədlərin hazırlanması və icrası ilə bağlı nəzəri və praktiki köməklik göstərilib.

Təlim-metodiki məşğələlərdə həmçinin Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər