Quru meyvə bazarlarında hərc-mərclik - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mövsümündən asılı olmayaraq quru meyvələrə hər zaman tələbat var. Amma təəssüf ki, nə bazarlarda, nə də əksər marketlərdə bu qida məhsullarının saxlanılmasında gigiyenik tələblər gözlənilir. Quru meyvələr hər yerdə üstüaçıq şəkildə alıcıya təklif edilir.
BAKU.TV-nin əməkdaşları məsələ ilə bağlı araşdırma aparıblar. Paytaxt sakinləri bu barədə öz narahatlıqlarını dilə gətiriblər:
“Yaxşı olar ki, quru meyvələr üstüörtülü şəkildə satışa qoyulsun”.
Bu məsələdə satıcıların da öz arqumentləri var:“Bütün bazar quru meyvələri üstüaçıq şəkildə satır. Mən bağlı satsam, gərək dükanı bağlayıb gedim”.
Quru meyvələrin satışında digər narahatedici məqamlardan biri də bu məhsulların son istifadə tarixlərinin göstərilməməsi, hətta çox vaxt satıcının özünün belə bundan xəbərsiz olmasıdır.
Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...