Qurbanlıq heyvanları onlayn sifariş etmək vətəndaşları razı salıb - VİDEO
12
avq
2019
16:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün respublikanın 30 ayrı nöqtəsində “Kənddən Şəhərə” yarmarkaları fəaliyyətə başlayıb.BAKU.WS xəbər verir ki, yarmarkalar bu gün və sabah daxil olmaqla iki gün müddətində davam edəcək.Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC tərəfindən təşkil olunan yarmarkaların əsas məqsədi Qurban bayramı münasibəti ilə əhalinin aztəminatlı hissəsinin qurbanlıq heyvanlara olan tələbinin dolğun şəkildə ödənilməsi və bəzi işbazların bazarlarda süni qiymət artımı yaratma cəhdlərinin qarşısının alınmasıdır.Bayram yarmarkalarında ümumilikdə 20000 qurbanlıq qoyun satışa çıxarılıb.Qurbanlıq heyvanların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170, 180 AZN dəyərində müəyyənləşdirilib.
“Aqrar tədarük və təchizat” ASC builki yarmarkanın təşkilində müasir innovasiya və texnologiyalardan da faydalanıb. Belə ki, vətəndaşlar üçün onlayn sifariş və öncədən növbə götürmə xidməti istifadəyə verilib.Onlayn xidmət vətəndaşlar tərəfindən maraqla qarşılanıb. Nəticədə xidmətdən istifadə müddəti daha iki gün 11 avqust saat 23:59-a qədər uzadılıb. https://kenddenshehere.az/qurbanliq saytı üzərindən həyata keçirilən sifariş zamanı sifarişçilər ümumi məbləğin çox kiçik bir hissəsini (üç manat) onlayn olaraq öncədən, qalan hissəsini isə qurbanlıq heyvanları əldə edərkən ödəmə imkanı qazanıblar.Həmçinin, sifarişçilər qurbanlıq heyvanları əldə edəcəkləri məntəqəni, tarixi və saat intervalını seçməkdə tam sərbəst olublar.Sonda isə onlayn sifariş xidmətindən istifadə edən bir neçə vətəndaşın təəssüratlarını dinləyək.
Oxşar xəbərlər
Bakıda heyvan kəsimi və satışı məntəqələrindən - VİDEOREPORTAJ
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu məqsədlə 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri təşkil olunub.Kənd Təsərrüfatı Nazi...